ESTONİYADAN GƏLƏN VƏTƏNDAŞIMIZ BURADA HAQSIZLIQLA ÜZLƏŞİB
“Yaşadığım ölkənin qanunlarına hörmətlə yanaşıram, lakin bir vətəndaş olaraq bu qanunların öz timsalımda işləmədiyinin şahidi oluram. Qardaşımla eyni həyətdə yaşayırdıq. Qardaşımın həm özünə, həm də ətrafına təhlükə törədən çox ziyanlı bir məşğuliyyətinə etiraz etdim, böyük qardaş olaraq onun doğru yola gəlməsini istədim. Buna nail olmadıqda hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur oldum. Pul qanundan üstün gəldi. Əmlakımı əlimdən alıb iki azyaşlı qız uşağı ilə məni yaşadığım evdən qovdular. II qrup əliləm, şəkərli diabet xəstəsiyəm. Aidiyyəti orqanlara dəfələrlə müraciət etsəm də şikayətimə baxan olmadı. Bu cəmiyyət, insanlarımız sanki pul xəstəliyinə yoluxub”.
C.Məmmədov işlədiyi müəssisədə də qanunsuzluqların olmasından şikayətçidir: “Siyəzən rayon mərkəzi xəstəxanasında gözətçi işləyirəm. İşlədiyim müəssisədə məni artıq işlətsələr də həmin saatların pulunu ödəmirlər. Aldığım əməkhaqqından qanunsuz pul tutulur. Məvacibim isə cəmisi 87 manatdır”.
Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorundan 30 sentyabr, 2011-ci ildə C.Məmmədova verilən cavabda bildirilib ki, nazirlik həmin müəssisədə araşdırma aparıb və müəyyən edilib ki, iş vaxtının uçotu tabelinin aparılmasında, şəxsə normadan artıq iş saatlarının yazılmasında və kadr işində nöqsanlar var. 6-84/M-9578 saylı məktubda bildirilir: “Qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılması, sui-istifadə və süründürməçilik hallarına yol vermiş təqsirli şəxslər barədə məsuliyyət tədbirlərinin görülməsi təmin olunmaqla Səhiyyə Nazirliyinə məlumat verməyiniz xahiş olunur”.
C.Məmmədov isə bildirir ki, məktubda göstərilənlər üzrə heç bir tədbir görülməyib.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Lakin Hüquq və daxili nəzarət sektorunun müdiri Orxan Hüseynzadə ilə danışa bilmədik. Nazirlikdən bizə bildirildi ki, O.Hüseynzadə məşğuldur və tövsiyə edildi ki, vətəndaş onlara təkrar müraciət etsin: “Bir halda ki, nazirlik səviyyəsində araşdırma aparılıb və nöqsanlar aşkar edilib, deməli, bu, ciddi məsələdir. Odur ki, yaxşı olar vətəndaş qəzetə yox, bizə müraciət etsin. Hər halda, biz də əlaqə saxlayarıq”.
C.Məmmədov isə dedi ki, eyni məzmunlu cavabı bir neçə dəfə nazirlikdən alsa da heç bir faydası olmayıb.