İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın yeni baş nazirinin adı aprelin 14-də məlum olacaq

841 11.04.2014 02:15 Son xəbər A A
Ermənistanın yeni baş nazirinin adı aprelin 14-də bəlli olacaq.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ermənistanın hakim Respublika Partiyasının icraiyyə orqanının iclasından sonra parlamentin vitse spikeri Edvard Şarmazanov bildirib.
 
O vaxtadək ölkə prezidenti Serj Sarkisyan parlamentdə təmsil olunan siyasi partiyalar ilə hökumət başçısının namizədliyi ilə bağlı məsləhətləşmələri davam etdirəcək.   
 
Qeyd edək ki, Ermənistanın baş naziri Tiqran Sarkisyan aprelin 3-də istefa verib.
 
Tiqran Sarkisyan Ermənistan hökumətinə 2008-ci il aprelin 9-dan rəhbərlik edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR