İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sabiq müdafiə nazirinə qarşı ittiham irəli sürülüb

319 02.03.2020 20:54 Son xəbər A A


Ermənistan Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri Seyran Ohanyana qarşı külli miqdarda dövlət vəsaitini israf etmək ittihamını irəli sürərək ondan başqa yerə getməmək barədə iltizam alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi məlumatında qeyd olunub.

“İstintaqın məlumatına görə, 2010-cu ildə Müdafiə Nazirliyi qanunun tələblərini pozmaqla Dzora SES-in özəlləşdirilməsinə dair məxfi qərar hazırlayaraq həmin şirkətə 3,6 milyard dram məbləğində əmlakın ayrılmasını təsdiqləyib. Həmin əmlakın həqiqi dəyəri isə 4 646 400 min dram olub. Beləliklə, dövlətə 1 046 400 min dram məbləğində ziyan vurulub”, - Xidmətin açıqlamasında deyilir.

Qeyd edək ki, həmin məbləğ təqribən 2 milyon ABŞ dollarına uyğundur.

Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR