"Ermənistanın hakim Respublikaçılar Partiyası mayın 8-də keçiriləcək seçkidə baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək".
"Report"un TASS-a istinadən xəbər verir ki, bunu hakim partiyanın fraksiya rəhbəri Vaqram Baqdasaryan bildirib.
Onun sözlərinə görə, Ermənistanın Respublikaçılar Partiyası parlamentin üçdə birinin dəstəyini qazanacaq namizədə səs verəcək: "Bizim namizədimiz olmayacaq".






