İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın ordu bölməsinin qərargahı darmadağın edildi: düşmən itkilərini gizlədir (VİDEO)

17481 02.03.2017 10:29 Gündəm A A

Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinin qərargahına cavab zərbəsi endirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR