İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın öldürülən PKK-çıları: Paşinyan beynəlxalq məhkəmə perspektivi ilə üzləşə bilər

4274 06.11.2020 18:50 Analitika A A

Azərbaycan ordusuna qarşı döyüşən ən azı 22 nəfər PKK/YPQ terrorçusunun məhv edildiyi barədə məlumatlar mövcuddur... Erməni diasporu beynəlxalq terrorizmin maliyyələşdirilməsində birbaşa iştirak edir... Terrordan və insan fəlakətindən bəslənən Ermənistan və erməni diasporunun bütün dünyada sabitlik üçün ən ciddi təhdit olduğu inkaredilməz reallıqdır...

Cənubi Qafqaz regionunda geopolitik proseslər öz intensivliyini qoruyub, saxlamaqdadır. Bu regionda hadisələr böyük sürətlə inkişaf edir, intensiv şəkildə dəyişir. Və artıq Cənubi Qafqazın fərqli geopolitik qaydaların, şərtlərin təsiri altına düşdüyü qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, hazırda Cənubi Qafqaz regionunda əsas söz sahibi, geopolitik proseslərin inkişaf istiqamətlərini müəyyənləşdirən dövlətin məhz Azərbaycan olduğu qətiyyən şübhə doğurmur. Belə ki, indi bu regionda “geopolitik temperatur” rəsmi Bakının “hərbi-siyasi termometri” ilə ölçülməkdədir. Bu isə Azərbaycanın regional lider olduğunu növbəti dəfə təsdiqləyir.

3e592213208e48e825fe04b8aaeca445-(1)_1521119058_1521281363.jpg (338 KB)

Təbii ki, bundan məmnun olanlarla yanaşı, yaranmış vəziyyəti narahatlıqla, hətta bəzi hallarda qıcıqla qarşılayanlar da mövcuddur. Əslində bu, o qədər də təəccüblü deyil. Ən azından ona görə ki, onilliklər boyu Cənubi Qafqazı öz “hərbi-siyasi poliqonu” hesab edənlər son dövrlərdə bu imtiyazlarının əhəmiyyətli hissəsini əldən veriblər. Və hətta ümumiyyətlə, Cənubi Qafqazın “geopolitik qapılar”ının arxasında qalmaq təhlükəsi ilə üzləşiblər.

Məsələ ondadır ki, Azərbaycan ordusu cəbhə bölgəsində böyük hərbi uğurlar qazanmaqdadır. Azərbaycanın işğal altındakı əraziləri tədricən azad edilməyə başlayıb. Bununla da Azərbaycanın nəhayət ki, bütövləşmək, daha da güclənmək şansı qazanıb.

Dağlıq Qarabağ problemindən birdəfəlik xilas olduqdan sonra Azərbaycanın öz sürətli inkişaf perspektivləri ilə həm regional, həm də beynəlxalq siyasət məkanında daha güclü təsir imkanlarına sahib olacağını artıq indidən anlamağa başlayıblar. Və bəziləri Cənubi Qafqazda onlara geopolitik siyasi iradə nümayiş etdirmək imkanları açan yeganə təhdidedici faktorun – “münaqişə ocağını alovlandırma aləti”nin birdəfəlik sıradan çıxarılmaqda olduğunu qəbul etmək məcburiyyətində qalıblar.

Ona görə də narahatdırlar, imkan düşdükcə, Azərbaycana qarşı müxtəlif əsassız və sadəcə, “erməni propoqandasının böhtan məhsulu” olanm ittihamlar irəli sürməklə, aranı yenidən qarışdırmağa cəhd göstərirlər. Məsələn, Azərbaycanı hansısa ölkələrdən muzdlular gətirməkdə qınamağa çalışırlar. Halbuki indiyə qədər heç olmasa, bunu təsdiqləyə biləcək bir fakt belə, ortaya çıxara bilmıyiblər.

1601977512_azor.jpg (75 KB)

Sadəcə, Ermənistanın sərsəm iddialarını tirajlayırlar. Halbuki erməni sərsəmləmələri ciddiyə alınmış olsaydı, bütün planet sadəcə, Ermənistandan ibarət olmalıydı. Çünki bu barbarlar hətta turist səyahətinə getdikləri ölkələri belə, “qədim erməni torpağı” hesab edirlər.

Təbii ki, hamısının cavabı verilir. Və çətin vəziyyətə düşürlər. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkə mətbuatına müsahibəsində də vurğuladığı kimi, əgər, ittiham müəlliflərinin özlərinin dünyanın müxtəlif ölkələrində elədiklərini sadalamaq lazım gəlsə, bu, xeyli uzun zaman itkisinə səbəb olardı.

Əslində, muzdlulardan danışmağa həvəs göstərənlər Ermənistanın quldur silahlı dəstələrinin tərkibinə ötəri diqqət etsəydilər, onların harada olduqlarını, kimin tərəfində döyüşdüklərini daha aydın görə və təsəvvür edə bilərdilər. Çünki Ermənistanın geniş şəkildə muzdluları və terrorçu yaraqlıları hərbi əməliyyatlara cəlb etməsi artıq inkaredilməz realllıqdır.

Məsələ ondadır ki, son iki il ərzində Paşinyan hakimiyyətinin dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri işğal altında olan ərazilərə toplamaqla diqqəti çəkirdi. Xüsusilə də, rəsmi İrəvan Yaxın Şərq ölkələrindən – Livandan və Suriyadan gətirdikləri terrorçu erməniləri işğal altında olan ərazilərdə məskunlkaşdırmaqla yanaşı, həm də silahlandırırdı. Və həmin ərazilərdə çoxlu sayda terrorçuların təlim keçdiyi düşərgələrin olduğu da heç kimə sirr deyil.

modern.az_pkk-terrorculari_651.jpg (46 KB)

Ona görə də, əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Əgər bir əcnəbi vətəndaş, bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşlərdə istifadə edilirsə və ona para ödənirsə, o, muzdludur.

Onu da qeyd edək ki, Azərbaycan ordusunun hərbi əməliyyatlara başlamasından xeyi əvvəl işğal altındakı ərazilərdə İraq və Suriyadan gətirilmiş terrorçu PKK/YPQ yaraqlıları üçün təlim düşərgələri yaradıldığı barədə dəqiq məlumatlar mövcud idi. Və Ermənistanın iki minə yaxın PKK-çı terrorçuların hər birisinə 600 dollar məbləğində maaş ödədiyi də məlumdur.

Azərbaycan dövləti Ermənistanın bu qeyri-qanuni məskunlaşdırma və işğal altındakı ərazilərdə terrorçu düşərgələri yaratması ilə bağlı əlaqədar beynəlxalq qurumları məlumatlandıraraq, etiraz etsə də, buna adekvat reaksiya verməyə həvəs göstərməmişdilər. Azərbaycan ordusunun hərbi əməliyyatlarından sonra rəsmi Bakının məlumatları birmənalı şəkildə təsdiqlənmiş oldu. Çünki indiyə qədər ən azı 22 nəfər terrorçu PKK/YPQ yaraqlısının məhv edildiyinə dair məlumatlar var.

Digər tərəfdən, xarici KİV-lərdə müxtəlif ölkələrin vətəndaşları olan ermənilərin Qarabağa vuruşmağa getdiyinə dair çoxsaylı materiallar dərc olunmaqdadır. Və bu, həmin ölkələr üçün də beynəlxalq hüquq qarşısında məsuliyyət doğurur.

0c1c06ff-8ecb-3646-8708-288d18f475f0_321.jpeg (24 KB)

Məsələ ondadır ki, hansısa ölkənin vətəndaşının digər dövlətin ərazisində silahlı münaqişədə iştirak etməsi beynəlxalq hüquqa görə qadağandır. Belə hallara görə başqa ölkənin vətəndaşını silahlı münaqişəyə cəlb edən dövlətlə yanaşı, öz vətəndaşına nəzarət edə bilməyə ölkə də günahkar sayılır.

Daha bir önəmli məqam ondan ibarətdir ki, bəzi xarici ölkələrin ərazisində diaspor fəaliyyəti ilə məşğul olan ermənilər orada külli miqdarda maliyyə vəsaiti toplayaraq, Ermənistana göndərirlər. Ermənistan isə həmin maliyyə vəsaitindən xarici ölkələrdən gətirdiyi terrorçu silahlılara maaş vermək üçün istifadə edir.

Buna misal kimi, Avstraliya prokurorluğunun bir neçə gün öncə verdiyi qərarı göstərmək olar. Belə ki, Avstraliya prokurorluğu bu ölkənin iki nəhəng bankına qarşı hüquqi araşdırmaya başlayıb. Çünki məlum olub ki, ermənilər həmin banklar üzərindən topladıqları maliyyə vəsaitlərini döyüşlərdə iştirak edən terrorçuları maliyyələşdirmək üçün Ermənistana göndərirlər.

pashhhaaa-terror.jpg (8 KB)

Ümumiyyətlə, Ermənistanın davranışları və erməni lobbisinin fəaliyyəti beynəlxalq terrorizminin inkişafına dəstək rolunu oynamaqdadır. Çünki erməni diasporu beynəlxalq terrorizmin maliyyələşdirilməsində birbaşa iştirak edir.

Ona görə də Ermənistanın davranışlarına və erməni diasporunun fəaliyyətinə beynəlxalq yanaşma tərzinin ciddi şəkildə dəyişdirilməsinə ciddi ehtiyac var. Xüsusilə də, terrordan və insan fəlakətindən bəslənən Ermənistan və erməni diasporunun bütün dünyada sabitlik üçün ən real təhdit olduğu inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Ermənistan terrorizmi dövlətçilik ideologiyası səviyyəsinə qaldırmış bir ölkədir. Bu baxımdan, Ermənistanın yaxın gələcəkdə sivil dünyadan təcrid olunması, bu barbar ölkənin terrorçuluq fəaliyyətinin əsas siyasi müəlliflərinin beynəlxalq hüquq normaları çərçivəsində mühakimə olunması vacibdir. Və böyük ehtimalla bu, əvvəl-axır reallığa çevriləcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR