Ermənistanın müdafi naziri iki gündür Müdafiə Nazirliyinin binasını mühasirədə saxlayan və qurumun işini iflic edən hərbçi ailələrinin tələbini yerinə yetirməyə razılaşıb.
Musaavt.com erməni mediasına istinadən bildirir ki, Qarabağda itkin düşənlərin valideynləri bir az əvvəl nazirliyə, görüş üçün daxil olublar. Ancaq etiraz aksiyası hazırda da davam edir.
Bundan əvvəl polis rəisi Vaqe Kazaryan Müdafiə Nazirliyinin binasından çıxaraq etirazçılara bildirib ki, Baş Qərargah rəsi onları qəbul etməyə hazırdır, ancaq qrup halında. Əvvəlcə bu təklifə etiraz edən aksiyaçılar daha sonrakı danışıqların gedişində razılıq veriblər və binaya daxil olublar. 8 aprel səhərindən etibarən binanı üzük qaşı kimi mühasirədə saxlayan aksiya iştirakçıları polisin xəbərdarlığına baxmayaraq, dağılışmayıblar və müdafiə naziri Vaqarşak Arutyunyanla görüş tələb ediblər. Ötən gecə onlara xəbər verilib ki, Bakıdakı “əsir”lər azad olunub və İrəvana gətirilib. Ancaq bir az sonra bu məlumat təkzib olunub ki, ondan sonra etirazçılar daha da aqressivləşiblər.
Musavat.com






