İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş təhlükəsizlik nazri müavini: “Nikol Paşinyan vəzifəyə təyin etməyə adam tapmır”

740 18.02.2019 17:13 Son xəbər A A

“Ermənistan baş nazirinin komandasında kadr qıtlığı yaşanır”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə düşmən ölkənin keçmiş milli təhlükəsizlik naziri Qurgen Yegizaryan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, 23 yaşlı, təcrübəsiz, özü də Dövlət Gəlirləri Komitəsinin rəhbərinin müavinin oğlu olan Arutyun Maşadyanın İrəvan hərbi qarnizonunun prokuroru təyin edilməsi ölkədə hələ də yüksək vəzifələrdə tanışlıq sisteminin hökm sürdüyünü göstərir.

“Hər bir halda Nikol Paşinyan Serj Sərkisyanın başına gələnlərin bumeranq kimi özünə qayıdacağını başa düşməlidir. Əgər “2008 1 mart işi”nin (dinc nümayişçilərin gülləbaran edilməsi-red.) açıldığını deyirlərsə, o zaman nə üçün həmin vaxt baş prokuror vəzifəsində çalışan və yüzlərlə günahsız insanı həbsə atan Ağvan Ovsepyan hələ azadlıqdadır?”, - deyə Q.Yegizaryan sual edib.

Erməni müxalifətçi baş nazirin dövlətdəki problemləri həll etmək yerinə Mixail Bulqakovun “fəqirliyin başlarda olduğu” tezisini təkrarlamaqdan yorulmadığını bildirib.

“Bu məsuliyyətdən qaçmağın bir növüdür”, - deyə Yegizaryan Paşinyanı tənqid edib.

Qurgen Yegizaryan son zamanlar iqtidara ünvanladığı tənqidlərə görə təhdid olunduğunu sözlərinə əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR