İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş prezidenti indiki baş nazirə qarşı mübarizəyə qoşulur

582 08.05.2019 15:36 Qalmaqal A A

“Ermənistanın indiki hakimiyyətinə qarşı mübarizəyə qoşuluram”.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Koçaryan “Reuters”in yazılı suallarına məktubunda bildirib.

O bildirib ki, Ermənistanda yeni siyasi xadimlər və müxalifət partiyaları meydana çıxacaq.

R.Koçaryan formalaşacaq müxalifətə cəlb edilib-edilməyəcəyi ilə bağlı suala cavabında deyib: “Əlbəttə qoşulacağam”.

O, müxalifətdə iştirakının hansı formada olacağına aydınlıq gətirməyib.

R.Koçaryan 2008-ci ilin martındakı etiraz aksiyalarına qarşı qəbul etdiyi qərarı da müdafiə edib.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR