İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş polis rəisi təzminat ödəməyə məhkum edildi

575 19.09.2019 10:45 Son xəbər A A

Ermənistanın İstintaq komitəsi keçmiş polis rəisi Vladimir Qasparyana “hakimiyyətdən sui-istifadə olunması” ittihamını irəli sürüb.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, hüquq mühafizə orqanı onun barəsində yaşadığı yeri tərk etməmək barədə qətimkan tədbiri seçib.

Vladimir Qasparyanın vəkili Tiqran Atanesyan facebook hesabından keçmiş polis rəisinin öz təqsirini etiraf etmədiyini və ifadə vermədiyini bildirib.

İstintaq komitəsinin mətbuat katibi Naira Arutunyan isə “Azadlıq” radiosuna verdiyi müsahibədə V.Qasparyanın ifadə verməkdən imtina etdiyini söyləsə də, dövlətə dəymiş ziyanı ödəməyə hazır olduğunu dediyini bildirib. İlkin məlumatlara görə Qasparyan İstintaq komitəsinin bank hesabına 22 milyon dram, yəni 46 min dollar pul yatırıb.

İttihamın özünə gəlincə isə, iş Vladimir Qasparyanın 1997-2001-ci illərdə öncə hərbi polisin rəisi, daha sonra isə müdafiə nazirinin müavini olduğu vaxtlara gedib çıxır. İstintaq sənədlərinə görə, V. Qasparyan hərbi polisin 3 əməkdaşının adının qurumda getməsinə rəğmən onların xidmət yerlərinə gəlməməsinə göz yumub. Onların üçü də Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşlarının yanında işləyiblər. Biri Levon Sərkisyanın sürücüsü, digər ikisi isə Aleksandr Sərkisyanın mühafizəçiləri vəzifəsində çalışıblar. Hazırda hər 3 hərbi qulluqçunun adı cinayət işində şahid kimi keçir.

İttiham aktında Vladimir Qasparyanın şəxsi, habelə qrup maraqlarından irəli gələrək, həmçinin, Sərkisyanlara daha yaxın olmaq məsədini daşıyaraq öz səlahiyyətlərini aşan hərəkətlərə yol verdiyi, idarə əməkdaşlarına vəzifələrinə uyğun olmayan işlər tapşırdığı qeyd olunur.

Qeyd edək ki, Vladimir Qasparyan 2011-ci ildən 2018-ci ilin mayına qədər Ermənistanın polis rəisi olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR