İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş naziri: “Xarici və daxili siyasət ölkə hakimiyyətinin əlində deyil”

365 04.02.2022 16:34 Dünya A A

Raffi Ovannisyan Türkiyə və Azərbaycana həyasız iddialar irəli sürüb

“Ermənistanın daxili və xarici siyasəti ölkə hakimiyyəti tərəfindən aparılmır”.

Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, bu fikrin müəllifi Ermənistaın keçmiş xarici işlər naziri Raffi Ovannisyana məxsusdur.

Onun sözlərinə görə, xarici siyasətdə hazırda balans deyil, xaos hökm sürür. Buna görə də sabiq nazir təhlükəsizlik sahəsindəki situasiyanı olduqca kövrək adlandırıb.

“Buna görə də Rusiya, Qərb, Çin, İran və Yaxın Şərq ölkələri ilə daha təşəbbüskar siyasət həyata keçirilməlidir”, - deyə Ovannisyan söyləyib.

Erməni siyasətçi Türkiyə ilə aparılan danışıqları da tənqid edib. Onun fikrincə, rəsmi İrəvan ermənilərin tarixi torpaqlarına geri qayıtması və yüksək miqdarda təzminat ödənilməsi halında hazırkı sərhədləri tanıya bilər.

Raffi Ovannisyan Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdiriməsinə sovet sərhədlərinə istinad olunmasının qəbuledilməz olduğunu qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR