İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Hakim partiyası “Artsax Respublikası” və “Qarabağın öz müqəddəratını təyinetmə” ifadələrinin əleyhinədir

1139 02.12.2022 15:18 Region A A

“Aydın məsələdir ki, hakim “Vətəndaş” fraksiyası parlamentdə Qarabağ və Ermənistanla bağlı bəyanatın qəbuluna səs verməyəcək".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə dekabrın 2-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokunun deputatı, “Daşnaksütyun” partiyasının üzvü İşxan Saqatelyan bildirib.

O müxalifətin hazırladığı bəyanat layihəsində “Qarabağın (separatçı, qondarma rejim-red.) öz müqəddəratını təyin etməsi”ndən, “Qarabağın statusu”ndan, eləcə də Ermənistanın öhdəliklərindən bəhs edilir.

Saqatelyan əlavə edib ki, hakim partiyanın “Mülki müqavilə” fraksiyası bəyanatın mətnindən “Artsax Respublikası” ifadəsinin çıxarılmasını və onun “Qarabağ erməniləri” ifadəsi ilə əvəz edilməsini təklif edib. “Bundan əlavə, onlar mətndən öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və Ermənistanın öhdəlikləri ilə bağlı bəndləri çıxarıblar”, - deputat qeyd edib.

Onun sözlərinə görə, bəyanat layihəsində heç bir siyasi qiymət yoxdur, söhbət yalnız Qarabağ və Ermənistana aiddir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR