Ermənistanın Gömrük İttifaqına qoşulması layihəsi iyunun 1-dək hazırlanacaq
Ermənistanın vahid iqtisadi məkana qoşulması layihəsinin bu ilin iyunun 1-dək hazırlanmasına dair göstəriş verilib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Avrasiya İqtisadi Komissiyasının kollegiyasının sədri Viktor Xristenko bildirib.
“Ermənistanın Gömrük İttifaqına və Vahid İqtisadi Məkana qoşulmasına dair müqavilənin layihəsinin iyunun 1-dək hazırlanmasına dair göstəriş verilib. Layihəyə Ali Şuranın iclasında baxılacaq”, deyə o qeyd edib.
Xristenko bir müddət əvvəl qeyd etmişdi ki, Vahid İqtisadi Məkana dair müqavilənin layihəsi üzrə fikir ayrılığı artıq aradan qaldırılıb.






