İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın baş naziri hökumətin tərkibində dəyişikliklər hazırlayır - “Hraparak”

519 25.08.2022 13:55 Dünya A A

“Ermənistanın baş naziri hökumətin tərkibində dəyişikliklər hazırlayır”.

Konkret.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin tərkibində dəyişikliklər hazırladığına dair sübutlar var.

“Paşinyanın mümkün həmkarları “İşıqlı Ermənistan” partiyasının rəhbəri, xarici işlər naziri olmağa iddialı Edmon Marukyan, “Respublika” partiyasının rəhbəri, iqtisadiyyat naziri, baş nazir müavinliyinə iddia edən Aram Sarkisyan ola bilər.

“Çiçəklənən Ermənistan” partiyası ilə də danışıqlar gedir, lakin onun lideri Qaqik Çarukyanı inandırmaq daha çətindir. Lakin hakimiyyət sonda onun təslim olacağına ümid edir.

Paşinyan mitinqlərin yenidən aktivləşməsini gözləyir. Bu, onun hakimiyyəti üçün hər hansı təhlükə yaradanda o, hökumətin bəzi üzvlərinin istefaya göndərməyə çalışacaq. Mümkün qaynar siyasi payız ərəfəsində Nikol Paşinyan hakimiyyətini hər cür sığortalayır. Dünən hökumət sentyabrın 1-dən pensiyaların məbləğini 2000-3000 dram artırmaq qərarına gəlib”, – deyə qəzet qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR