İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Azərbaycana qarşı gizli planı üzə çıxdı - Paşinyanın əvəzinə o GƏTİRİLİR! Rauf Arifoğlu "Canlı debat"da

1361 05.06.2023 13:35 Gündəm A A

İrəvanda “Respublika Meydanı” metrostansiyasının divarından götürülən “böyük ermənistan”ın xəritəsi yenidən bərpa edilib.

Bir neçə gün öncə məlum xəritə metrostansiyanın girişindəki divardan götürülmüş, yerinə reklam monitoru qoyulmuşdu.

Bu addım Ermənistanın Azərbaycan və Türkiyə də daxil olmaqla qonşu ölkələrə qarşı ərazi iddiasından imtinası kimi dəyərləndirildi. Hazırda aparılan sülh danışıqları prosesi, o cümlədən, Ermənistanın Türkiyə ilə münasibətlərinin düzəlməsi istiqamətindəki səyləri bu addımın müsbət qiymətləndirilməsinə səbəb oldu. Lakin cəmi bir neçə gün sonra xəritənin bərpa edilməsi Ermənistanla normal münasibətlər perspektivini də sual altına salır.

Xəritədə Azərbaycan, Türkiyə, Gürcüstan və İran əraziləri “böyük ermənistan”a daxil edilib.

Bu xəritənin yenidən sərgilənməsi göstərir ki, ermənilərin gizli planı həmişə aktualdır. Ermənistan hazırda nə qədər sülh tərəfdarı kimi görünsə də, əslində “böyük ermənistan” planlarından vaz keçmir və nə vaxtsa imkan yarananda yenidən ərazi iddialarını gündəmə gətirəcəklər.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı açıqlamaları, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdləri müxalifətin qəzəbinə səbəb olub.

Müxalif dairələr, media, nüfuzlu jurnalistlər və politoloqlar Ermənistanın sabiq prezidenti Robert Köçəryanı Paşinyana qarşı güclü fiqur kimi gündəmə gətirməyə başlayıblar.

Xüsusən Robert Köçəryanın rəhbərliyi dövrünə aid arxiv fotoları paylaşılır, ölkənin hazırkı vəziyyəti ilə onun dövründəki durum müqayisə edilir. Paşinyanın Qarabağla bağlı mövqeyi tənqid edilir, Köçəryanın qatı münasibətinə haqq qazandırılır.
Revanşist, qəddar, müharibəyönümlü mövqeyi ilə tanınan Robert Köçəryanın dəstəkçiləri ona haqq qazandırmaqla həm də növbəti savaşın başlamasını dəstəkləmiş olurlar. Əksəriyyət Paşinyanın normallaşma fikrinə qarşı çıxaraq, 1990-cı illərdəki prosesi təkrarlamaq çağırışları edirlər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR