İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı qarışdıran “Azərbaycan qazı alaq” açıqlaması

1813 12.07.2024 21:10 Gündəm A A

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” Partiyasından deputat Qurgen Melkonyanın açıqlaması Ermənistanda çaxnaşma yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə yerkramas.org xəbər yayıb. “Qurgen Melkonyan Artsaxı (Qarabağ) Azərbaycanın bir hissəsi kimi tanıyanlardan biri olub. Vladimir Putinin Ermənistana səfər edərsə, onun həbsinin zəruriliyinə haqq qazandıran bu şəxs indi də Rusiya qazından imtina mövzusunu gündəmə gətirib. Ermənistan nəhayət, müstəqil yaşamaq üçün Rusiya qazından tamamilə imtina etməlidir deyib”-xəbərdə bildirilir.

Politoloq Beniamin Matevosyan deputatın bəyanatını şərh edərək erməni cəmiyyətinin narahatlığını ifadə edib: “Bu gün Ermənistan qaz istehlakının təxminən 65%-ni Rusiyadan alır və əsasən bu qazdan istifadə edir. Biz İran qazını nəzərə almırıq, çünki o, İran və Ermənistan arasında fəaliyyət göstərən “elektrik müqabilində qaz” sisteminin bir halqasıdır. Rusiya qazından tamamilə imtina etmək onu Azərbaycan qazı ilə əvəz etmək lazım gələcək. Spiker Alen Simonyanın sözlərinə görə, biz faktiki olaraq Azərbaycan qazından istifadə edirik, baxmayaraq ki, o, bunun necə baş verdiyini dəqiq izah etmir” deyə, politoloq bildirib. 

er.jpg (20 KB)

Matevosyan deyib ki, Rusiya qazından “müstəqillik” alan Ermənistan Azərbaycan qazından asılı vəziyyətə düşəcək, Qaqik Melkonyan, Alen Simonyan, Armen Qriqoryan və digər hakimiyyət təmsilçiləri Azərbaycan qazından istifadədə problem olmadığına cəmiyyəti inandırmağa başlayacaqlar: “Ermənistanın enerji resurslarından asılılığını görən rəsmi Bakı, çox güman ki, İrəvan qarşısında siyasi tələblər irəli sürəcək, bunun müqabilində ölkəni qazla təmin etməyə razılıq verəcək. Məsələn, Bakı on minlərlə azərbaycanlının İrəvana köçürülməsini tələb edə bilər. Azərbaycan isə azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Türkiyə-Azərbaycan hərbi qrupunun Ermənistana gətiriləcəyini bəyan edəcək. Əks halda Ermənistan Azərbaycandan qaz almayacaq”. 

map_azerbaijan_rus_1.jpg (591 KB)

Politoloqun uzqgedən nəticələri, xüsusilə Bakı və Ankaranın İrəvana ordu yeritməsi haqda dedikləri xəstə erməıni təxəyyülünün məhsulu olsa da, o hesab edir ki, əslində Melkonyanın sözlərini daha ciddi qəbul etmək lazımdır, “çünki cəmiyyət adətən yaxınlaşan apokalipsis haqqında məlumatlandırılır...”

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR