İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan təxribatçı bəyanat, sülhməramlıların pozucu davranışları:Lavrov Mirzoyana nə tapşırıq verib?

1115 11.04.2022 14:51 Gündəm A A

"Aprelin 6-da Brüsseldə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın iştirakı ilə üçtərəfli görüşdə mühüm razılamalar əldə olundu. Rəsmi Bakının Ermənistan qarşısında qoyduğu 5 şərtin qəbulu və hətta delimitasiya, demarkasiya prosesinə başladılması ilə əlaqədar birgə komissiyanın bir ay müddətində yaradılması barədə anlaşmanın ardınca İrəvanın xarici siyasətində “xaric notlar”ı hiss etməkdəyik".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, elə Ermənistan XİN-in bu gün Azərbaycana qarşı əsassız və absurd iddialarla dolu bəyanatı rəsmi İrəvanın sülhə maraqlı olmadığını növbəti dəfə təsdiqlədi: "Heç şübhəsiz ki, Ermənistanın ziddiyyətli mövqeyi yalnız öz “iradə”sindən irəli gəlmir, çünki bu iradə 44 günlük müharibədə sındırılıb. Sadəcə, ötən həftə Ermənistan XİN başçısı Ararat Mirzoyanın Moskvaya səfəri, rusiyalı həmkarı ilə görüşü və bu görüşdən sonra Lavrov səviyyəsində növbəti dəfə prosesin uzanmasına yönəlik mövqenin sərgilənməsi İrəvanı Brüssel anlaşmasını pozmağa həvəsləndirib".

278372366_2007993709406232_3300985990125404540_n (2).jpg (85 KB)

Siyasi şərhçi vurğuladı ki, son iki gün ərzində Rusiya sülhməramlılarının Qarabağda təxribat cəhdləri də proseslərin bir mərkəzdən idarə olunduğunu deməyə əsas yaradır: "Heç şübhəsiz ki, Azərbaycan üçün əsas məsələ ərazisindəki terrorçu qüvvələrin zərərsizləşdirilməsi, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının 4-cü bəndinə əməl olunması, bütün qanunsuz silahlı birləşmələrin ölkəmiz ərazisindən çıxarılmasıdır. Azərbaycan üçün delimitasiya və demarkasiya məsələlərindən, yaxud Zəngəzur dəhlizindən önəmlisi məncə, qanunsuz silahlıların ölkəmizdən rədd edilməsidir. Çünki bizim Zəngəzur dəhlizindən asılılığımız yoxdur, əksinə, dalanda qalmış Ermənistan gün gələcək ki, dəhlizə görə Azərbaycana minnətçi düşəcək. Eyni zamanda əsgərlərimizin tutduğu mövqelər delimitasiya və demarkasiyanın faktiki olaraq təmin edilməsi deməkdir, qoy Ermənistan məsələnin rəsmiləşməsinin gecikməsinə görə narahat olsun. Bir nömrəli məsələ baş terrorçu Araik Arutyunyan, Vitali Balasanyan kimi beynəlxalq cinayətkarların himayəsində olan erməni terrorçu dəstələrinin zərərsizləşdirilməsidir. Çünki böyük qayıdışa əngəl yarada biləcək əsas problem məhz budur. Əminəm ki, günün birində Azərbaycanın qəhrəman ordusu bu məsələnin də öhdəsindən təkbaşına gələcək və sülhməramlı adlanan kontingentin kölgəsindəki quldurları da bircə həmləsi ilə məhv edəcək. Amma təbii ki, məsələnin dinc şəkildə həllini, Rusiyanın öz imzasına hörmət etməsini və Azərbaycan torpaqlarındakı cinayətkarların bölgədən çıxarılması barədə öhdəliyin yerinə yetirilməsini istərdik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR