İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan qeyri-qanuni yollarla hər il milyard dollardan çox pul çıxarılır

2440 17.11.2016 14:12 Region A A
Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durum Sərkisyan rejimini, qeyri-adkevat addımlar atmağa, ölkənin suverenliyini təhlükə altına salacaq qərarlar qəbul etməyə məcbur edir.

Müdafiə xərclərini qarşılamaqda çətinlik çəkən rejim bir yandan çarəni ordunu Rusiyanın əmrinə təslim etməkdə görür, digər yandan isə hərbi qulluqçuların sosial xərclərini maddi durumu onsuz da acınacaqlı vəziyyətdə olan sadə xalqın üzərinə yıxır.

Ölkədə tüğyan edən korrpupsiya və dövlət soyğunçuluğunun qarşısını almaq isə iqtidarın ağlının ucundan belə keçmir. 

Müxalif jurnalist, Ermənistanın hakimiyyət orqanları tərəfindən qapadılan “Üçüncü qüvvə+” qəzetinin baş redaktoru Vaqram Ağacanyanın yazısı bu haqdadır. Yazıda olduqca diqqət çəkən faktlar və məqamlar mövcuddur. Həmin yazıdan bəzi hissələri Azərbaycan oxucularına təqdim edirik.

 “2012-ci ildə Ermənistan prezidentinin istefaya göndərilən  keçmiş müşaviri Qarnik İsaqulyan “heyeli.am” saytına verdiyi müsahibədə Ermənistanda gizli fəaliyyət göstərən “Mqeri dur” (“Mqerin qapısı”) adlı təşkilata istinadən, 1994-cü ildən bu yana ölkədən 17 milyard dollar məbləğində vəsaitin qeyri-qanuni yollarla çıxarıldığı barədə sensasiyalı bəyanat yaydı.

“Onun (İsaqulyanın-red.)  sözlərinə görə, təşkilatın əlində  “Qarabağ” komitəsindən başlayaraq bu günə qədər hakimiyyətdə olan hərbi və siyasi xadimlərin daxil olduğu erməni elitası ilə bağlı, o cümlədən onların şəxsi və ictimai fəaliyyəti haqqında məlumatları əks etdirən gizli bir siyahı mövcuddur. 

İsaqulyanın qeyd etdyinə görə, “Mqeri dur”un sahib olduğu informasiyanın həcmi hətta Ermənistanın hüquq mühafizə və xüsusi xidmət orqanlarında belə yoxdur”.

“Qarnik İsaqulyan nə yoldan keçən sərsəridir, nə də deyingən arvad... O, uzun illər boyu prezidentin (Robert Köçəryanın-red.) milli təhlükəsizlik məsələləri üzrə müşaviri olub. Bundan başqa, İsaqulyan Robert Köçəryan adminstrasiyasının ən etibarlı şəxslərindən biri kimi tanınıb.

Serj Sərkisyan dönəmində isə onun nüfuzu düşməyə başlayıb. Öncə  İsaqulyanın rəhbərlik etdiyi Siyasi Araşdırmalar İnstitutunu ləğv olunub, daha sonra isə Ermənistanın indiki prezidenti onu müşavir vəzifəsindən azad edib.

Bundan bir neçə gün sonra isə təhqir olunmuş İsaqulyan bütün erməni elitasına yönəlik kompromatın mövcudluğundan bəhs etməyə başlayıb”.

“Doğrudur, həmin vaxtdan bu yana o, susmağa üstünlük verib. Yəqin ki, maraqlı şəxslərlə lazımı söhbətdən sonra gizli razılığa gəlinib və İsaqulyanın tapdanan qüruru bir şəkildə təmin edilib”.

“Lakin onun bu bəyanatı bir çox KİV tərəfindən yazılıb çap olunsa da Ermənistanın hüquq-mühafizə orqanları dövlətə qarşı bu böyüklükdə cinayət xəbərinə heç bir reaksiya göstərmədilər”, - Vaqram Ağacanyan bildirərək daha bir maraqlı faktdan yazıb:

“Erməni femidası inkişaf edən ölkələrdən kapitalların qeyri-qanuni şəkildə çıxarılması ilə bağlı araşdırmalar aparan “Global Financial İntegrity” təşkilatının məlumatını da görməzliyə vurur.
Təşkilatın məruzəsinə əsasən 2004-2013-cü illər ərzində Ermənistandan hər il orta hesabla 983 milyon dollar məbləğində pul çıxarılıb. Təşkilatın verdiyi xəbərə görə, 2004-cü ildən bu yana hər il bu rəqəm artan templə davam edib. 

Belə ki, əgər 2004-cü ildə ölkədən 404 milyon dollar çıxırılıbsa, 2013-cü ildə bu rəqəm 4 dəfə artaraq 1 milyard 848 milyon dollar təşkil edib. 

Ümumilikdə Ermənistandan qeyri-leqal yollarla 9,8 milyard dollar məbləğində pul çıxarılıb. Məruzəyə hələ Dağlıq Qarabağdan qeyri-qanuni olaraq çıxarılan pullar daxil edilməyib”.

“Təbii ki, sadə vətəndaşlar haqqında hər çeyi detalına qədər bilən hüquq-mühafizə orqanları bu xəbəri də qulaqardına vurdular”, - müəllif qeyd edib.

Vaqif Hüseyn, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR