İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan etiraf: “ATƏT-in Minsk qrupu böhran içindədir”

517 06.12.2022 18:23 Dünya A A

“ATƏT-in Minsk qrupunun fəaliyyəti hazırda böhran vəziyyətindədir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 6-da ATƏT Parlament Assambleyasında Ermənistan nümayəndə heyəti üzvlərinin mətbuat konfransında parlamentin Xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Eduard Ağacanyan deyib.

“Minsk qrupunun formatı obyektiv səbəblərdən ən azı Ukraynada müharibə başlayandan bəri problemlərlə üzləşib. Bu üç dövlət bu gün siyasi, konstruktiv şəraitdə məsələlərin müzakirəsi bir yana dursun, heç bir masa arxasında toplaşa bilmirlər. Minsk Qrupunun 3 üzv ölkəsinin düşdüyü situasiyanı nəzərə alsaq, hazırda onun fəaliyyətinin böhran vəziyyətində olduğunu demək olar”, - deyə Ağacanyan bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti ATƏT Parlament Assambleyasında ümumiyyətlə iştirak etməyib ki, bu da elə böhranın əlavə sübutudur.

“Ona görə də ATƏT bir qurum olaraq Minsk qrupunun imkanlarını qiymətləndirmək baxımından obyektiv orqan sayıla bilməz”, - deyə erməni deputat qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR