İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan bəzi tərəvəzlərin qəbuluna qadağa qoyuldu - Rusiyadan sərt qərar

1931 09.12.2020 14:00 Son xəbər A A

Dekabrın 14-dən Ermənistanın Armavir bölgəsindən Rusiyaya pomidor və bibər idxalı qadağan edilib.

Musavat.com Sputnik Tükiyəyə istinadən xəbər verir ki, bu barədə qərar həmin tərəvəzlərdə virus (pepino mosaic virus) tapılmasından sonra verilib.

“Rosselxoznadzor 2020-ci il dekabrın 14-dən Rusiya Federasiyası ərazisinə virusun gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Ermənistan Respublikasının Armavir bölgəsində ixrac edilən və ya istehsal olunan pomidor və bibər idxalının qadağan edilməsini zəruri hesab edir . Əvvəllər bu bölgədən yoluxmuş tərəvəzlər alınıb”, - deyə məlumatda bildirilir.

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR