Terrorçu Ermənistan dövləti Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, hakimiyyətin nəzarətində olan mətbuat orqanları Ermənistanda xidmət edən iki Rusiya sərhədçisinin Azərbaycanın hücumu nəticəsində ölməsi barədə dezinformasiya yayıb.
Musavat.com xəbər verir ki, təxribat xarakterli bu açıqlama Rusiyanın Ermənistandakı səfirliyi tərəfindən təkzib edilib. İrəvandakı Rusiya səfirliyi xüsusi açıqlamasında bəyan edib ki, iki rus sərhədçinin öldürülməsi barədə məlumat həqiqəti əks etdirmir. Səfirlik həmçinin “məlumatlı mənbəyə” istinad edən Ermənistan mətbuatına xəbərdarlıq edib və belə məlumat yayarkən diqqətli olmağa çağırıb.
Qeyd edək ki, Ermənistan hər cür fitnə-felə əl ataraq Rusiyanı proseslərə qatmağa çalışır. O da istisna deyil ki, Azərbaycanı ittiham etmək üçün ermənilər özləri işğaldan azad etdiyimiz istiqamətdə olan rus sərhədçilərinə qarşı təxribat törədə bilərlər. Bundan əvvəl Rusiyanın Gümrüdəki hərbçilərinə qarşı cinayət hadisələrinin törədilməsinin dəfələrlə şahidi olmuşuq. İstisna deyil ki, Azərbaycanın rəsmi qurumları da belə təxribatların ola biləcəyi barədə rusiyalı həmkarlarını məlumatlandıracaq.
Musavat.com






