İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda xüsusi xidmət orqanlarının rəhbərlərinin dinləmə hadisəsinə görə həbslər davam edir

1120 08.10.2018 13:35 Region A A

Dünən erməni mətbuatında Xüsusi İstintaq Xidmətinin Samvel Mayrapetyanın həbsi barədə məlumat yayılıb.

Samvel Mayrapetyan Ermənistanda bir telekanalın prezidenti və “Toyota Yerevan” şirkətinin sahibidir.

Erməni mediası S.Mayrapetyanın keçmiş iqtidara yaxın olan şəxs olduğunu vurğulayır. Onun Robert Köçəryanla xüsusilə yaxın münasibətlərdə olduğu deyilir. Bundan başqa, S.Mayrapetyan R.Köçəryanın dövründə prezidentin aparatının rəhbəri Armen Gevorkyanın yaxın qohumudur. Mayrapetyan Köçəryanın himayəsi ilə Armen Gevorkyanla birlikdə İrəvanda elit evlərin tikintisi ilə məşğul olub.

Bütün bunların üstünə ən yeni informasiyaya əsasən erməni biznesmen Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasında keçən telefon danışığını dinləməkdə şübhəli olduğu ortaya çıxıb.

Elə baş nazir Nikol Paşinyan da hadisənin ilk günlərində məsələnin kriminal oliqarxiyaya gedib çıxdığına işarə etmişdi.

Bu versiyadan irəli gələrək bir sıra oliqarxların mühafizəçiləri asfalta yerə sərilmiş, Köçəryana yaxın saytların redaksiyalarında ciddi axtarışlar həyata keçirilmişdi.

Hətta Paşinyana yaxın mətbu orqanlar belə erməni hüquq-mühafizə orqanlarının vurnuxmasına gülmüşdülər. “Bizim hüquq mühafizəçilərinin peşəkarlığı olduqca aşağı səviyyədə qalmaqda davam edir və gücləri ancaq “maska-şou” (xüsusi təyinatlıların əmliyyat zamanı xüsusi baş geyimi ilə üzlərini örtməsi nəzərdə tutulur-red.) düzəltməyə, habelə sosial şəbəkələrdə iqtidar üçün “layklar” təmin etməyə çatır”, - 1-ci informaiysa saytı yazır.

İndi həmin versiyadan irəli gələrək Mayrapetyanın da eyni səbəbdən həbs oluna bilinməsi ehtimalı ortaya çxııb. Bunula bərabər erməni iş adamının Köçəryanla qaranlıq biznes əlaqələrinə görə cavab verəcəyi istisna olunmur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR