Ermənistan polisi Armavir şəhərində uşaq bağçasında girov saxlanılan uşağı xilas edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polislər uşağı binadan çıxararaq avtomobilə əyləşdiriblər.
Bundan əvvəl bir neçə atəş səsi eşidilib.
Ermənistan Polisi rəisinin birinci müavini Unan Poqosyan jurnalistlərə cinayətkarın zərərsizləşdirildiyini bildirib.






