İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda silahlı şəxslərin müqaviməti davam edir

1109 27.07.2016 13:05 Gündəm A A
Ermənistanda polis şöbəsinin bir qrup silahlı qiyamçı tərəfindən ələ keçirilməsi ilə bağlı yaranan insident həll oluna bilmir.

Musavat.com Ermənistan saytlarına istinadən xəbər verir ki, silahlı şəxslər hələ də binanın ərazisində qalmaqda davam edirlər.

Silahlı şəxslərdən Koryeqanov qardaşlarının atası Armenak Koryeqanovun mətbuata bildiridiyinə görə əslində polis tərəfindən heç bir basqın olmayıb.

Sadəcə yaralı qiyamçıların polislərə təslim edilməsi üçün razılıq əldə olunub. Yaralıların təslim eidlməsi zamanı polis Pavel Manukyana atəş açıb. Atəş zamanı onu oğlu Aram atasının yanına qaçdığı üçün polislər onu da yaralayıblar.

Pavel Manukyan

Qrupun digər iki üzvü isə yaralı yoldaşlarını xərəklə aparmağa gələrkən həbs olunublar. 

Avanek Koryeqanov silahlı şəxslərin tələblərindən vaz keçməyəcəyini  mətbuatın diqqətinə çatdırıb.

Bu arada Ermənistan polisi İrəvan şəhərinin Erebuni rayonunun Xorenatsi küçəsində polis alayının binasını ələ keçirən silahlı şəxslərin zərərsizləşdirilməsinə etiraz edənləri həbs edib.

Xəbər verdiyimiz kimi dünən İrəvanda 12 min nümayişçi polis alayının binasını əl keçirən silahlı şəxslərə dəstək vermək üçün etiraz yürüşü həyata keçirib.

Polis “Sansa tsrer” silahlı qruplaşmasının tərəfdarlarının həbsinə gecə saatlarından başlayıb.

İrəvan polisi Xorenatsi keçəsi ətrafında onlarla nümayişçini saxlaya bilib. onların arasında jurnalistlər də olub.

Bir nümayişçi qız Xorenatsi küçəsinin mərkəzində aclıq aksiyasına başlayacağını bəyan edib. Lakin polis operativ davranaraq həmin etirazçını həbs edə bilib.

Qeyd olunur ki, həmin vaxt polislə nümayişçilrə arasında ciddi toqquşma da qeydə alınıb. Rəsmi mənbələr 62 zərəçəkənin olduğunu bildirir. Onların 37-i polisdir.

Ermənistanın radikal “Müəssislər məclisi” təşkilatının rəhbəri Qaregin Çuqasyan isə hakimiyyəti hədələyib.

Çuqasyan Azadlıq radiosunun Ermənistan bürosuna göndərdiyi yazılı müraciətdə Ermənistan hakimiyyətinin polis alayı binasının güc tətbiq etməklə ələ keçirməsi halında cəzasız qalmayacağını bildirib.

Qaregin Çuqasyan

Çuqasyan baş verən hadisələrdə Ermənistan hakimiyyətini günahlandırıb və onları ölkəni satmaqda ittiham edib: “Sarkisyan və Nalbandyan erməni xalqından başqa hər kəsin maraqlarını müdafiə edir” deyə o müraciətində bildirib.

Qaregin Çuqasyan baş verən hadisələrlə əlaqədar gizli fəaliyyətə keçdiyini bəyan edib.

Ermənistanın “Miras” partiyasının sədri Raffi Ovanisyan da hakimiyyəti terrorçuluqda günahlandırıb. 

Картинки по запросу raffi hovhannisyan
Raffi Ovannisyan

Ovannisyanın fikrincə Ermənistanda problemlərin həlli üçün bütün vasitələr tükəndiyi üçün insanlar silaha əl atmalı olurlar.

Ovannnisyan bu səbəbdən silahlı qruplaşmanın hərəkətlərinə haqq qazandırdıqlarını da bildiirb və onları anti-terrorçular adlandırıb.

Ermənistan Milli özünütəyinetmə Birliyinin sədri Paruyr Ayrkikyan da hakimiyyəti qan tökülməkdən qaçmaq naminə istefa verməsini və milli etimad hökumətinin yaradılmasını təklif edib.

Altay, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR