İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda səs-küylü həbs-polkovnik Qarabağ müharibəsindən külli miqdarda vəsait qazanıb

1121 04.02.2021 12:50 Dünya A A

 

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin adı açıqlanmayan polkovnikini həbs edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlum olur ki, saxlanılan polkovnik Qarabağ müharibəsi zamanı və ondan sonrakı aylarda cinayət yolu ilə külli miqdarda vəsait qazanıb.

Məlumata görə, zabit rüşvət qarşılığında əsgərləri bir hissədən digərinə, həmçinin ön cəbhədən arxa cəbhəyə keçirib.

Rəsmi açıqlamada qeyd olunur ki, polkovnik 13 sentyabr 2020-ci ildə hərbi çağırışçının anasından 2 min dollar (975 min dram) rüşvət tələb edib, bunun qarşılığında əsgər D.Q-ni bir hərbi hissədən digərinə keçirməyə razılaşıb. Rüşvətin bir hissəsini o növbəti gün alıb, özü də şəxsi hesabına keçirilməsi ilə.

Bundan əlavə, erməni polkovnik Qarabağ döyüşlərində iştirak edən hərbi hissənin əsgəri E.T-ni döyüşlərə göndərməməkdən ötrü onun valideynlərindən 2500 dollar (987 min dram) tələb edib. 7 noyabrda vasitəçinin köməyi ilə rüşvətin 2 min dollarını alıb. Digər bir əsgərin yerdəyişməsinə görə isə zabit valideynlərdən 10 min dollar tələb edib.

İttiham olunan hərbçi 2021-ci ilin yanvarında da əməllərini davam etdirib və çağırışçı əsgərin yerdəyişməsinin qarşılığında 2 min dollar rüşvət alıb. Rüşvətxor zabit hospitalda işlə təmin olunmaq, həmçinin rütbələrin alınması üçün də konkret məbləğ tələb edirmiş: 3 min dollar!

Bundan əlavə, o, Qarabağ döyüşləri zamanı fərarilik hallarını ört-basdır etmək üçün “xidmətini əsirgəməyib”.

Məlumatda deyilir ki, polkovniklə yanaşı, daha 10 nəfər həbs edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR