İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda şagirdlər Azərbaycan və türk dillərini öyrənməyə üstünlük verirlər

602 08.09.2022 15:57 Region A A

“44 günlük müharibədə düşmənlərimizin erməni dilini bir çox hallarda ləhcəsiz bilməsinin səviyyəsini döyüş meydanında gördük. Onlar təlim keçmişdilər və indi də, o cümlədən məktəblərdə təhsil alırlar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib.

Azərbaycan əsgərinin məharəti barədə etiraflarını dilə gətirən Dumanyan Ermənistanda bu istiqamətdə görülən işlərdən də danışıb.

“Biz türk və Azərbaycan dillərini seçmə fənn kimi və yalnız orta məktəblərdə təklif edirdik və çoxları türk və Azərbaycan dilini seçdi. Məktəblərdən birinin direktorundan soruşanda dedilər ki, səbəblər azərbaycanlılarınkı ilə eynidir. Biz bu mühüm problemi həll etməyə hazır olmalıyıq”, - deyə nazir bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR