İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda rusiyalı hərbçini qətlə yetirməkdə ittiham olunan şəxs həbs edilib

579 25.04.2017 22:20 Son xəbər A A

İrəvan məhkəməsi Gümrüdə rusiyalı hərbçini qətlə yetirməkdə ittiham olunan Arman Cancuqazyanı həbs edib. APA-nın xəbərinə görə, bu barədə “TASS”a Ermənistan İstintaq Komitəsindən bildirilib.

“Şübhəli şəxsə “qətl” maddəsi üzrə ittiham irəli sürülüb. İstintaqın vəsatəti əsasında birinci instansiya məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, C.Ancuqazyan bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız hesab edilib.

Martın əvvəlində ekspertiza onda müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR