İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda qiyam yetişir – böyük itkilər verən ac xalq hərbi-siyasi rejimə qarşı

2003 16.10.2020 18:11 Son xəbər A A

Azərbaycan Ordusu durmadan irəliləyir. Təbii ki, biz işğal altındakı ərazilərimizi azad etdikcə düşmən böyük itkilər verir, eyni zamanda onsuz da kasıb Ermənistan iqtisadi baxımdan çökür.

İlk günlərdə Ermınistan rəhbərliyi, o cümlədən Paşinyan hər şeyin yaxşı olacağını, cəbhədəki uğursuzluqları taktiki geri çəkilmə kimi qələmə verirdi. Ancaq Azərbaycan Əsgəri artıq Hadrutda, Cəbrayılın mərkəzində bayrağımızı sancdıqdan sonra ermənilər kütləvi şəkildə Qarabağdan qaçmağa başladılar. Artıq Ermənistanda Paşinyanın yalanlarına heç kim inanmır, hər kəs cəbhədən hər gün yüzlərlə əsgərin ölüb, yaralanıb gəldiyinin şahididir, eyni zamanda aclıq, səfalət hökm sürür.


Həmçinin, xalq görür ki, Ermənistan bir dövlət kimi məhvin astanasındadır, siyasi qüvvələr yalnız öz maraqlarını düşünür, Paşinyan isə idarəetməni itirib. Ordu isə tamamilə darmadağın edilib.
Yaranmış vəziyyətdə “Qarabağ klanı” Paşinyan iqtidarından revanş alınması üçün əlverişli fürsət yarandığını düşünür. “Qarabağ klanı” Paşinyana qarşı aktiv fəaliyyətə keçib və hakimiyyətə qarşı yeni qiyama rəhbərlik etməyi qarşıya əsas məqsəd kimi qoyub...
Ermənistan Müdafiə Nazirliyinin, eləcə də Paşinyanın xalqa son müraciətində hərbi itkilər, Azərbaycan Ordusu tərəfindən bir sıra ərazilərin azad edilməsi etiraf edildikdən sonra xalq durumu tam anlayıb.


Digər tərəfdən ehtiyatda olan qüvvələrin, eləcə də çoxsaylı qocaların və yeniyetmələrin hansısa ciddi hazırlıq keçmədən Azərbaycan Ordusuna qarşı döyüşə göndərilməsi Paşinyan iqtidarının insan həyatına dəyər vermədiyinin real göstəricisdir. Bu da cəmiyyətdə hakimiyyətdən narazılığı artıran daha bir faktordur.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatının Xarici İşlər nazirlərinin son Moskva danışıqlarında dəyişməz olmasının Ermənistan tərəfindən bir daha təsdiq edilməsi Paşinyanın formatla bağlı yalan danışmasının növbəti sübutu olduğundan bu, baş nazirin rəqiblərinin ona qarşı siyasi hücumlarını atırır. Paşinyan daha açıq şəkildə yalan danışmaqda və populizmdə ittiham edilir.


Ermənistanın son iki ildə Rusiya və digər bir çox ölkələrlə münasibətlərində yaranan problemlər, Sorosçuların ölkədə hakimiyyətin əsas təmsilçilərinə çevrilmələri də indi burada ciddi narazılıq yaradır və bunun günahkarı kimi Paşinyan qəbul edilir.
Habelə, Ermənistan cəmiyyətində belə bir fikir hakimdir ki, Paşinyanın addımları ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Məsələn, “7or.am” portalı yazır ki, inidiki keyfiyyət göstəricilərinə malik bir dövlət, hökumət Ermənistanın intiharı deməkdir. Bu yanaşmanı cəmiyyətin böyük əksəriyyəti bölüşür.
Paşinyanın idarəçiliyi dövründə Ermənistanda sosial-iqtisadi problemlərin daha da dərinləşməsi, yoxsulluq, səfalət həddinin yüksəlməsi, verilən vədlərin heç birinin yerinə yetrilməməsi də cəmiyyətdə ona qarşı narazılığın əsas səbəbləri sırasında yer alır.
Artıq əsgər anaları ayağa qalxaraq, Paşinyana etiraz edir. Özlərini yiyəsiz hesab edən erməni gəncləri isə döyüşlərə qatılmaaq istəmir, ordudan yayınır. Hətta döyüşlərə göndərilməmək üçün ermənilərin özlərini kütləvi şəkildə koronavirusa yoluxdurduğu da bildirilir.
Yaranmış acınacaqlı durumda erməni cəmiyyəti qiyam əhval-ruhiyyəsinə köklənib və artıq bu istiqamətdə addımlar atılmağa başlanıb.
Yaranmış vəziyyətdə Paşinyandan duyulan narazılığın Ermənistanda hakimiyyətə qarşı yeni qiyama gətirib çıxarması istisna olunmur. Paşinyan hələlik cəmiyyətin və rəqiblərinin narazılığını hərbi vəziyyət, senzura, repressiya tətbiq etməklə susdurmağa çalışır. Amma bununla cəmiyyətdə ona qarşı narazılığı tam boğa bilməsi mümkünsüz sayılır. Əksinə, repressiv yanaşma ilə cəmiyyətin ona qarşı nifrətini daha da artırır.
Bütün senzura metodlarına baxmayaraq, Ermənistan mediasında, sosial şəbəkələrdə Paşinyana qarşı ittihamların artması erməni cəmiyyətini baş nazirə qarşı daha sürətlə səfərbər edir. Erməni mediası Paşinyanı təcrübəsizlikdə, siyasi klounluq etməkdə ittiham edir. Bu, eyni zamanda cəmiyyətin artıq mütləq əksəriyyətinin də mövqeyidir.
Beləliklə, bir daha aydın olur ki, Ermənistanın işğalçılıq siyasəti, uzun illər ərzində pozuculuq, təxribatçılıq səyləri və sülhdən qaçmaları proqnozlaşdırıldığı kimi, bu ölkənin sonunu gətirir.

Elşad MƏMMƏDLİ
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR