İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda qaçırılmış siyasətçi ilə bağlı növbəti etiraz aksiyası...

776 09.02.2015 16:35 Dünya A A
Ermənistan hökumətinin binası qarşısında naməlum şəxslər tərəfindən amansızcasına döyülən vətəndaş cəmiyyətinin fəalı Artak Xaçatryana dəstək olaraq etiraz aksiyası keçirilir.

Bu barədə "Trend" Ermənistan mətbuatına istinadən xəbər verir.

Aksiya iştirakçıları “Otmena” hərəkatının və "Çiçəklənən Ermənistan" Partiyasının siyasi şurasının üzvü Artak Xaçatryana qarşı zorakılığın araşdırılmasını hakimiyyətdən tələb edirlər.

Şənbə günü üç maskalı naməlum şəxs "Çiçəklənən Ermənistan" Partiyasının üzvü Artak Xaçatryana hücum edərək onu döyüb. Daha sonra onu qara avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar. 

Bu barədə partiyanın parlamentdəki deputatı Vaan Babayan bildirib. Xaçatryan fevralın 7-də xəstəxanaya yerləşdirilib.

Qardaşı Artyom Xaçatryanın sözlərinə görə, şənbə günü axşam onu döyülmüş və huşunu itirmiş vəziyyətdə mənzilinin qapısında tapıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR