İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda prokurorlar keçmiş prezident və baş prokurora qarşı cinayət işlərinə baxmaqdan imtina edirlər

480 26.12.2019 15:10 Region A A

Ermənistanda prokurorlar ölkənin keçmiş prezidenti Serj Sarqsyan və sabiq baş prokuror Gevork Kostanyana qarşı cinayət işlərinə baxmaqdan imtina edirlər.

“Report” “Qraparak”a istinadən xəbər verir ki, buna səbəb onların gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə bilmələrindən ehtiyat etmələri göstərilir.

Bildirilib ki, Serj Sarqsyan bir milyon dollarlıq dövlət əmlakını mənimsəməkdə, Gevork Kostanyan isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Məlumata görə, prokuror Akop Tadevosyanın cinayət işinə baxmaqdan imtina edilməsi nümunə olaraq göstərilir. Cari il dekabrın 20-də o, işdən azad edilib. Ermənistan Baş Prokurorluğunun Mətbuat Xidməti faktı təsdiqləyərək bildirib ki, Tadevosyan öz istəyi ilə işdən azad edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR