Ermənistanda post-potrul xidmətinin binasını ələ keçirən silahlılar ətrafa atəş açırlar
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat katibi Aşot Aqaronyan RİA-ya deyib. Onun sözlərinə görə, silahlıların atəşi hazırda da davam edir: “Onlar ətrafda yaşayan dinc sakinlər və orada olan polislər üçün təhlükə yaradır”.
Qeyd edək ki, iyulun 17-dən “Sasna çrer” silahlı qrupu Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar Serj Sərkisyanın istefasını və radikal müxalif lider Jirayr Səfilyanın azadlığa buraxılmasını tələb edirlər. Silahlı qrup iyulun 23-də girov saxladığı sonuncu 4 şəxsi də danışıqlardan sonra azad edib. Ancaq binanı boşaltmayıblar.
Silahlı qrupa siyasi müxalifət də dəstək verir. Hazırda İrəvanın mərkəzində etiraz yürüşü keçirilir.






