İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda parlament seçkiləri öncəsi diaspor içində geopolitik mübarizə

1663 11.03.2017 14:36 Gündəm A A

Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri erməni diasporunun və xaricdə yaşayan milyarder ermənilərin də diqqət mərkəzindədir.

Lakin bu məsələdə əsas üstünlük Rusiyada yaşayan və Moskvanın siyasətini dəstəkləyən ermənilərə aiddir.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, politoloq Areq Qalstyan “Forbes” jurnalında Qərb və Rusiya ermənilərinin seçki öncəsi təsir imkanlarını araşdıran “Əbədi çağırış: Vardanyan, Karapetyan və digər rusiyalı milyarderlər Ermənistandakı seçkilərə necə təsir göstərə bilərlər” adlı məqalə yazlb.

Məqalədə Ermənistanın ilk dəfə prezident respublikasından parlamentli üsul-idarəyə keçməsi nəticəsində qanunverici orqanın gücünün artacağı, bu səbəbdən xaricdə yaşayan ermənilərin ölkədəki siyasi proseslərə daha çox maraq göstərə biləcəyi ifadə olunur.
Məqalə müəllifi xaricdə yaşayıb fəaliyyət göstərən ermənilərin də geosiyasi seçimlərinə görə iki yerə ayrıldıqlarına diqqət çəkir.

“Bütün bu prosesləri anlamaq üçün diasporu şərti olaraq “erməni-rus” və “erməni-qərb” adlandıra biləcəyimiz iki elitaya ayırmaq lazım gələcək”, müəllif qeyd edərək davam edir:

“Ən son siyahıyaalmaya görə Rusiyada 1,2 milyon, qeyri-rəsmi rəqəmlərə görə isə 3 milyon erməni yaşayır. Ermənistan Mərkəzi Bankının məlumatına əsasən, keçən il Rusiyadan Ermənistana köçürülən pul məbləği 3,4 milyard dollar həcmində olub.

Bu səbəbdən öz göstəricilərinə görə “rus-erməni” diasporu bütün dünyada erməni icmaları içərisində şəksiz liderlik edir. Bu diaspor həm də Ermənistanın iqtisadi təhlükəsizliyinin təminatçısı sayılır.

Rusiyadakı erməni diasporunun liderləri siyasi proseslərdə də passiv deyillər və ölkə hakimiyyəti ilə sıx əlaqələrə malikdirlər.

Картинки по запросу samvel karapetyan ruben vardanyan
Samvel Karapetyan və Ruben Vardanyan

Samvel Karapetyan, Ruben Vardanyan, Sergey Ambartsumyan və Sərkisov qardaşları (Nikolay və Sergey)- bunlar hamısı erməni əsilli Rusiyalı biznesmenlər olub Ermənistan iqtisadiyyatına yardım edərək ölkəni ictimai-siyasi həyatına ciddi təsir göstərirlər. Ermənistanda bu biznesmenlərin sərmayələrinin cəlb olunmadığı heç bir iri layihə tapa bilməzsən.Bu adamların iştahlarını da bilən Ermənistan iqtidarı onları siyasət sahəsindən nisbətən uzaq tutmağa çalışır. Lakin ölkə daxili böhran və əhalinin siyasi kursdan narazılığı erməni biznesmenlərini indiki hakimiyyətə alternativsiz müttəfiqə çevirir”, məqalədə qeyd olunur.

Картинки по запросу samvel karapetyan serj sargsyan

Müəllif Qərb ermənilərinin də ölkədəki proseslərə olan təsirindən yazıb:

“Ermənistan müstəqillik qazanandan bəri Qərbdə fəaliyyət göstərən diaspor strukturlarının da fəaliyyəti güclənib.

“ABŞ-da fəaliyyət göstərən lobbiçi təşkilatlar Konqresdən həm Ermənistanın, həmdə Qarabağ ermənilərinin USAİD proqramına qoşulmasına nail ola biliblər.
1992-ci ildə Ermənistan Birləşmiş Ştatlardan 200 milyon dollarlıq əvəzsiz maliyyə yardımı aldı. Həmin vaxt bu məbləğ həcminə görə yalnız İsrailə göndərilən maliyyə vəsaitindən geri qalırdı.

Bundan başqa Qərbdə yaşayan erməni əsilli zəngin biznesmenlər də müstəqil olan Ermənistana yardım əli uzatmağa başladılar.

Ermənistanın ən böyük donorlarından biri ABŞ milyarderi Kirk Kirkoryan sayılır. Ermənistan hökuməti və Kirkoryanın nümayəndələri arasında əldə olunan razılığa əsasən “Linsi” fondu təşkil edilib. 10 il ərzində bu fond dövlətin prioritet proqramlarına (infrastruktur, iş yerləri, sosial) 200 milyon dollardan çox vəsait ayırıb.

Картинки по запросу kirk kerkorian

Kirk Kirkoryan

Lakin 2011-ci ildə Kirkoryan səbəb göstərmədən “Linsi” fondunun fəaliyyətini dondurub. Bir çox siyasətçi və ekspert bunu Kirkoryanın Ermənistandakı daxili situasiya və korrupsiyadan narazı qalması ilə əlaqələndirib.

Ümumilikdə isə Qərbdə fəaliyyət göstərən erməni diasporları 26 biznesmen və onlarla təşkilatlarla əhatələnib.

Qərb ermənilərinin nümayəndələri Ermənistanın müstəqillik əldə etdiyi15 il ərzində ölkədə aktiv şəkildə fəaliyyət göstəriblər. Daha sonra onların fəaliyyətinə süstləşmə baş verib.

Ölkədə tüğyan edən korrupsiya və bunu fonunda davam edən iqtisadi tənəzzül onların məyusluğuna səbəb olub”, Qalstyan qeyd edir.
Belə ki, Avropada və Amerikada vətəndaş cəmiyyətinin qaydalarına və demokratik rejimə öyrənmiş qərbli zəngin ermənilər rusiyalı “həmkar”larından fərqli olaraq Ermənistan gerçəkliklərini tam mənada, yəni “ermənicə” dərk edə bilmirlər.

Ona görə də Qərb erməniləri daxili proseslərə o qədər də həvəslə yanaşmayaraq, sadəcə qondarma “genosid”in beynəlxalq aləmdə tanınması yolunda fəaliyyətlə kifayətlənirlər.

Ermənistanda siyasi prosesə fəal müdaxilə etmək arzusunda olan Qərbdəki erməni icmaları adətən seçkilərdə müxalifətçilərə simpatiya bəsləyirlər. Məsələn 2013-cü idəki prezident seçkilərində onlar “İrs” partiyasının lideri Raffi Ovannisyanı dəstəkləmişdilər.

Vaqif Hüseyn, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR