İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda növbəti qalmaqal: Baş qərargah rəisi Paşinyanı söyüb və qapını çırparaq otağı tərk edib

1381 02.02.2021 16:45 Son xəbər A A

Ermənistanda bu ilni yanvar ayının 28-ə Ordu günü dövlət rəhbərliyində ciddi qalmaqal baş verib.

Yerli “Hraparak” qəzetini yazdığına görə, baş nazir Nikol Paşinyan Müdafiə nazirliyinə gələrək burada ordunun yüksək rütbəli komandanlığı ilə görüşüb.

Lakin görüş rəsmi şəkildə verildiyi kimi sakit keçməyib. Burada Nikol Paşinyan ordu rəhbərliyinə Qarabağ müharibəsində məğlubiyyətə görə ittihamlar səsləndirib, bu isə baş qərargah rəisi Onik Qasparyanı özündən çıxarıb. Erməni general ucadan söyüş söydükdən sonra qapını çırparaq otağı tərk edib. Lakin sonradan onu birtəhər sakitləşdirib geri qaytara biliblər.

Həmin vaxt müdafiə naziri Vaqarşak Arutyunyan “situasiyaya nəzarət etdiyini” göstərmək üçün araya girib və yüksək rütbəli zabitləri cəzalandımaqla hədələyib. Bu vaxt emrəni generalları ondan “sadəcə sakitcə yerində oturmasını” tələb ediblər. Sonda Nikol Paşinyan tərəfləri sakitləşdirməyə müvəffəq olub.

Buna rəğmən o, hadisəni unutmayıb və dərhal Onik Qasparyana yaxın şəxslərin təmizlənməsinə başlayıb.

Ermənistanda həbs olunan “silah baronu” Davud Qalstyanın başına gələnlərin həmin hadisə ilə bağlı olduğunu söyləyirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR