İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müxalifətçi naməlum şəxslərin hücumuna məruz qalıb

385 05.08.2016 11:58 Gündəm A A
Ermənistanda müxalif “Təsis parlamenti”nin üzvü Arutyun Aqlamazyan yaşadığı binanın yaxınlığında döyülüb.
 
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə zərərçəkənin atası Karen Aqlamazyan məlumat verib.
 
O bildirib ki, oğlu Ermənistan Xüsusi İstintaq Xidmətindən evə qayıdarkən döyülüb.
 
“Arutyun zəng edərək evə gəldiyini söylədi və mən onu qarşılamağa çıxdım. Elə binanın yaxınlığında 3 nəfər ona yaxınlaşaraq Arutyun olub-olmadığını soruşublar. Hə cavabını aldıqdan sonra onu döyməyə başladılar”.
 
H. Aqlamazyanın sözlərinə görə, hazırda oğlu xəstəxanada müayinə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR