Müxalif “Ermənistan milli konqresi”nin üzvü Tigran Arakelyan həbs edilib.
ANS PRESS-in məlumatına görə, hazırda o, Ermənistan Milli təhlükəsizlik xidmətinin təcridxanasında saxlanılır.
Konqresin hüquqşünası Armen Xaçaturyan mətbuata açıqlamasında, onun barəsində həbs-qətimkan tədbiri seçildiyini bildirib, amma ətraflı məlumat verməyib. İlkin məlumatlara görə o hədə-qorxu və qarayaxma ilə pul qoparmada ittiham olunur.
Tigran Arakelyan
Tigran Arakelyan son vaxtlar Rusiyada yaşayırmış və İrəvana bir neçə gün bundan əvvəl gəlib. “Ermənistan milli konqresi”nə keçmiş prezident Levon Ter Petrosyan rəhbərlik edir. Konqres dəfələr ölkə paytaxtı İrəvanada hökumətin istefası tələbi ilə etiraz aksiyaları təşkil edib.
Tigran Arakelyanın həbs anı