İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Konstitusiya Məhkəməsinin sədri istintaqa ifadə verməkdəm imtina edib

389 27.12.2019 17:06 Dünya A A

Ermənistanda Paşinyan iqtidarı ilə Konstitusiya Məhkəməsi və onun sədri Hrayr Tovmasyan arasında münaqişə dərinləşir.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu gün jurnalistlərin qarşısına çıxan Hrayr Tovmasyan Xüsusi İstintaq Komitəsinin müstəntiqləri tərəfindən sorğu-sual edilməsi barədə danışıb: “Müstəntiq bu cür məntiqə malik şübhəli şəxsi ilk dəfə gördüyünü söylədi. 6 aydır, mənə “iks”, “iqrek”, “zet” addımları atmadığıma görə ittiham ediləcəyimi söyləyirlər. Mən də bilirəm ki, bu “iks”, “iqrek” və “zet” əslində istefa deməkdir. Ona görə də hər hansı ifadə verməkdən imtina etdim”.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi 6 aydan çoxdur, güclü təzyiq altında çalışır. Hrayr Tovmasyan bu müddət ərzində məhkəmə üzvlərinə qarşı hədə, təhqir və zorakılıq çağırışlarının artdığını deyib. 

Qeyd olunur ki, Ermənistanın Konstitusiya Məhkəməsi keçmiş prezident Serj Sarkisyan rejiminin son qalası hesab olunur. Burada Alvina Gülümyan, Arevik Petrosyan, Hrant Nəzəryan, Feliks Toxyan kimi hakimlər məhz onun dövründə təyin olunublar. Paşinyan iqtidarı sadəcə, Vahe Qriqoryanı “öz adamı” kimi məhkəmə heyətinə yerləşdirə bilib.

Hrayr Tovmasyan isə Ermənistan Cinayət Məcəlləsini 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə olunması) ilə ittiham olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR