İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda itkin düşən rus hərbçisi axtarışa verildi-polis vətəndaşlara müraciət etdi - foto

651 19.04.2017 13:16 Son xəbər A A

16 apreldə Ermənistanda itkin düşən rus hərbçisinin taleyindən hələ də xəbər yoxdur. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, müqavilə ilə xidmət edən hərbçi Dmitri Loşmanov axtarışa verilib. Yaşadığı ünvcandan çıxaraq bir daha geri qayıtmayan Loşmanov Rusiyanın Gümrüdəki 102-saylı hərbi bazasının hərbçisidir.

“18 aprel saat 11.10-da Gümrüdəki polis bölməsinə 1982-ci il təvəllüdlü Rusiya vətəndaşı Dmitriy Loşmanovun 16 aprel saat 09.30-da hərbi hissədən alış-veriş üçün çıxdığı və bir daha geri qayıtmadığı barədə məlumat daxil olub”-xəbərdə deyilir. Polis vətəndaşlardan rus hərbçisi barədə məlumatı olanlardan bölməyə məlumat verməyi xahiş edib.

Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti də rus hərbçisinin itkin düşdüyünü təsdiqləyib. Qeyd edək ki, əvvəlki illərdə də Ermənistandakı rus hərbçiləri ilə bağlı müxtəlif hadisələr baş verib. Bu mənada ermənilərin narahatlığı anlaşılandır.

Cavid Turan,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR