İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hökumət bir xidmət maşınının ehtiyat hissəsinə 40 min dollar pul ayırıb

1204 25.11.2016 14:49 Region A A
Ermənistanın “Aykakan Jamanak”qəzetinin yazdığına görə, hökumət bir xidməti maşının ehtiyat hissəsi üçün 18 milyon 915 min dram məbləğində pul ayırmağı planlaşdırıb.

Yəni erməni dövləti sadəcə bir maşının ehtiyat hissələrini 19 milyon dram,yəni 40 min ABŞ dolları civarında qiymətləndirir.

Qonşu ölkənin mətbuatı bu xəbərə qəzəb püskürüb. Onların fikirncə, bir maşına görə 19 milyon dramdan keçməyə razı olan hökumət yaralı və həlak olan əsgərlərin ailələrinə veriləcək pulu 1000 dramlıq yardım bəhanəsi ilə xalqın cibindən çıxarır. Üstəlik, buna etiraz edən şəxsləri özlərinə yaxın olan kütləvi informasiya vasitələrində və saray intelligentləri vasitəsilə vətənsevər olmamaqda ittiham edirlər.

Həmin qanunun opponentlərinə görə, hakimiyyət məcburi yığımları müəyyən edən zaman dövlət sistemində uzun illər boyu formalaşmış xəzinə oğurluğunu cəmiyyətin hesabına sabit şəkildə davam etdirməyə çalışır. 

“Hakimiyyət 1000 dramlıq vergini mənəviyyat cəbhəsinə çəkməyə çalışır. Lakin hansı əxlaqla bir avtomoblin ehtiyat hissələri üçün 19 milyon dramlıq vəsait müəyyən edilib.
Bu ehtiyat hissələrinin alınması üçün planı tərtib edən məmurlar kimlərdir. Ermənistanda minlərlə uşaq və onların valideynləri gün ərzində çörək almaq üçün heç 19 dram artıq pul tapa bilmədən, qeyri-insani şəraitdə ac şəkildə yatağa uzanırlar. Ermənistanda 19 milyon drama 199 və ya daha çox uşağın həyatını xilas etmək olar. Biriləri isə heç də öz ciblərindən xərcləmədikləri və həmin valideynlərin ödədikləri vergilərlə bu qədər pulu adi bir maşının hansısa hissəsinə verir. Həmin adamlar digər əli ilə  guya qeyri-qanuni varlanma ilə mübarizə ilə bağlı qanunu qəbul edirlər. Cəmiyyətin talanmasını korrupsiya ilə mübarizə və islahatlar deyə adlandıran bu riyakarlığa kim son qoya bilər”, -jurnalist Aram Amatuni yazır.

Ermənistanın 1-ci informasiya saytına müsahibə verən Dağlıq Qarabağda dinc şəraitdə sadəcə 100 dollar gətirmədiyi üçün hərbi hissədə öldürülən Araik Avetisyanın anası Anait Mkrtçyan da 1000 dramlıq verginin orduya gedib çatmayacağını bildirib: “Mənim oğlumu 100 dollaırn üstündə öldürüblər, indi isə məndən 1000 dram pul istəyirlər. Kim orduya ayrılan pulları yeyibsə gedib ondan alsınlar”.


Digər həlak olan əsgər Valerik Muradyanın anası Nana Muradyan da eyni sayta verdiyi müsahibədə dövləti idarə edənlərin əsgərlərin adından bəhanə edib pul yığdığını, amma əvəzində öz ciblərini doldurduğunu söyləyib.

Eyni mövzu erməni iqtisadçısı Vardan Bostancyanla hakim Respublika partiyasının deputatı Vardan Ayvazyan arasında gedən debatda da müzakirə olunub.

“Ölkə onsuz da ağır gündədir, lakin hələ də 1000 dramı müzakirə edirlər. Özünə hörmət edən dövlət üçün bu utanmalı vəziyyətdir”,- Vardan Bostancyan bildirib.

Картинки по запросу vardan bostanjyan vardan ayvazyan

Onun sözlərinə görə, hakimiyyət 1000 dramı yığarkən düzgün davranış sərgiləmir:” Ölkə ağır vəziyyətdədir. Hakimiyyət isə bir ucdan deyir ki əsgəri saxlamaq üçün mənə pul verin. Mən şəxsən bu söhbətlərdən utanıram. Əgər əsgərin taleyi sizi bu qədər narahat edirsə, o zaman Müdafiə nazirliyinin qabağında dayanan 100 minlik maşınların işçilərdən çox olduğunu görərsiniz. Bu necə ola bilər. Əvvəllər qonşunun diyircəkli arabasında gəzməyi xəyal edənlər indi 100 minlik avtomobillərdə gəzir. Sadəcə düşünürəm ki, hakimiyyətdə həqiqətən ağıllı adamlar oturub fikirləşirlər ki, “onsuz da insanları həmişə dolamışıq, elə indi də dolayaq, qoy nə qədər istərlərsə çərənləsinlər”. 

Hakimiyyət partiyasından deputat  Vardan Ayvazyan isə 1000 dramlıq məcburi vergini “xalqın ordunun dəstəklənməsində  simvolik iştirakı” (!) kimi dəyərləndirib. Onun sözlərinə görə, heç kim bu məbləği ödəməkdən boyun qaçıran deyil.

Vaqif Hüseyn, müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR