Ermənistanda hamilə qadınlar da Sarkisyana qarşı üsyana qalxdı - Video
Bu gün Ermənistan parlamenti qarşısında hamilə qadınların və gələcək anaların etiraz aksiyası keçirilib.
Avropa.info xəbər verir ki, hamilə qadınlar yeni qəbul edəcək qanuna etiraz edirlər. Qanuna görə, analıq məzuniyyətinə çıxan qadınlara 140 gün müddətində iş stajından asılı olaraq maaşlarının 40,60,80%-ləri veriləcək.
Aksiya iştirakçıları deyib ki, onlar hamilə qadınların pulu ilə büdcəni doldurmaqdan utanmalıdırlar.
“Hamilə qadınları tam maaşdan məhrum etmək nə deməkdir? Bu gələcək anaların uşaq doğmasının qarşısını alır. Biz hər şey etməliyik ki, bu qanun keçməsin”.






