İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, həmişə seçkilər saxtalaşdırılıb"- Ekspert

504 08.07.2020 10:55 Siyasət A A

Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, həmişə seçkilər saxtalaşdırılıb.

Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

o bildirib ki, istər Petrosyan, istər Koçaryan və Sarkisyan, istərsə də Paşinyanın hakimiyyətdə olması, təəssüflər ki, bu ölkədə heç nəyi dəyişmədi:

“Ermənistanın işğalçı və terrorçu mahiyyəti dəyişməyənə qədər bu ölkədə heç bir demokratik prosesdən söhbət gedə bilməz. Ermənistan rəhbərləri faşist ideologiyasına xidmət edir. Bütün beynəlxalq təşkilatları aldadır və onların qərarlarına məhəl qoymur. Sarkisyanın xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və faşist simvolikası daşıyan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay bundan əvvəl o, 50 faiz, indi isə 1-2 faiz səs toplayır?

Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq təşkilatların verdiyi qərarların əksəriyyəti siyasi xarakter daşıyır və siyasi sifarişlidir.

Ermənistanın riyakar siması ortada olduğu halda, bu vassal ölkə öz adı ilə çağrılmır.

Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə isə hücumlar edilir və böhtan atılır. Bütün bunlara baxmayaraq, ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədirlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR