İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “Hadrut naminə” QHT rəhbəri: “Bizə deyirlər ki...”

1558 06.11.2023 15:20 Son xəbər A A

“Artıq 3 ildir ki, biz buradayıq və Ermənistanın müxtəlif rəhbərləri ilə görüşmüşük, bu insanların hamısının bir məqsədi var - bütün məsələləri bulandırmaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı “Hadrut naminə” ictimai təşkilatının rəhbəri Levon Ayriyan jurnalistlərlə söhbətində deyib.

“Bizim yaşamaq hüququmuz var, bunun üçün müvafiq şərait yaradılmalıdır. Ermənistan hakimiyyəti bizim məsələlərə sistemli yanaşmaq istəmir. Biz bəyan etdik: Ermənistanda qalmağımız üçün bizi mənzillə təmin etməyə borcludurlar. Biz də onları inandırmağa çalışdıq ki, dilimiz, sözümüz itməsin deyə bir cəmiyyət qursunlar. Amma onlar bunu həll etmirlər”, - deyə Ayriyan bildirib.

Ayriyanın sözlərinə görə, Ermənistan hökuməti Qarabağ sakinlərini mənzillə təmin etməmək üçün onların Ermənistan vətəndaşı olmadığını bəyan edib.

“Amma 3 il ərzində hər gün deyirdim: bizə qaçqın statusu verin, cavab verdilər - yox, siz Ermənistan vətəndaşısınız. İndi elə məqam yetişib ki, bizi mənzillə təmin etmək barədə fikirləşsinlər, haqqımızı əlimizdən almaq istəyirlər, deyirlər ki, siz vətəndaş deyilsiniz. Qarabağ erməniləri 30 il Ermənistanın sərhədini qoruyublar. Ondan sonra deyirlər: siz Ermənistan vətəndaşı deyilsiniz? Bu nə cür biabırçılıqdır?” - deyə ictimai təşkilatın rəhbəri bildirib.

Qeyd edək ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə ya qaçqın statusu almağı, ya da Ermənistan vətəndaşlığını qəbul etməyi təklif edir. Bundan sonra onlar ölkənin bütün vətəndaşları kimi pensiya və ödənişlər alacaqlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR