İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda eks-prezidentlərin cinayət işlərinə nəzarət edən prokurorlar niyə istefa verib?

171 07.06.2023 01:17 Gündəm A A

Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın cinayət işlərinə nəzarət edən prokurorlar işdən çıxıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Joxovurd” qəzeti onların istefa vermədiklərini, vəzfələrindən qovulduqlarını iddia edir.

Prokurorluq sistemindən gələn məlumatlara əsasən, prokurorluqların kabinetləri dinlənilib. Hətta bundan prokurorların da xəbələri olub.

Lain onların öz aralarında söhbət zamanı baş prokuror Anna Vardapeyan haqqında təhqiramiz ifadələr işlətmələri işdən çıxarılmalarına gətirib çıxarıb. Bu söz-söhbətlərin nə dərəcədə doğru olduğunu zaman göstərəcək, amma dünəndən sistem bu barədə çox fəal danışır.

Xatırladaq ki, Robert Köçəryanın (1 mart 2008 hdaisələri ilə bağlı) işi üzrə istintaqı aparan baş prokurorun müavini Gevorq Baqdasaryan və Kotayk vilayətinin prokuroru Petros Petrosyan istefa veriblər.

Serj Sarkisyanın işi üzrə prokuror Arsen Martirosyan da eyni gündə istefa ərizəsini təqdim edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR