İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ekologiya nazirinin istefası tələb olunur

Ermənistanın kurort şəhəri olan Cermuxda yerli sakinlər etiraz aksiyaları keçirirlər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Amulsar qızıl mədəninin istismarına etiraz edən vətəndaşlar yenidən küçələrə axışıblar. Onların arasında məktəbli və yeniyetmələr də var.

"Biz ölkəmizin sahibiyik!", "Amulsar ancaq dağdır!", "Amulsar mədənsız qalıb!" kimi şüarlar səsləndirən nümayişçilər etiraz aksiyalarını Yerevanda davam etdirməyi planlaşdırırlar.

Qnedevaz kəndinin sakinləri də aksiyaya qoşulublar. Onlar bildirirlər ki, hökumət problemi həll etməyənədək aksiyanı dayandırmayacaqlar.

Ekoloqlar və yerli sakinlər mədənin istismarının bölgənin ekologiyasına mənfi təsir göstərəcəyindən qorxurlar. Vətəndaşlar hesab edirlər ki, problemlə bağlı Baş nazirə yanlış məlumat verilib. Bu səbəbdən ekologiya nazirinin istefası tələb olunub.

Paşinyan isə bundan əvvəl bildirmişdi ki, hazırda Amulsar yatağına qadağa qoymaq üçün heç bir qanuni əsas yoxdur.

 

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2019

BÜTÜN XƏBƏRLƏR