İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda bir sıra nazirliklərdə yoxlamalar başlayıb

384 15.12.2022 13:34 Ölkə A A

Ermənistanın Dövlət Nəzarəti Xidməti Xarici İşlər və İqtisadiyyat nazirliklərində yoxlamalar aparmağa başlayıb.

Musavat.com erməni agentliklərinə istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Dövlət Nəzarəti Xidməti daha öncə Müdafiə nazirliyində və Penitensiar xidmətdə yoxlamalar aparıb.

Bütün dövlət strukturlarına, məmurlara təhvil verilən avtomobillər yoxlanılır. Məmurların avtomobillərinin katalizatorlarının oğurlanaraq satıldığına dair şübhələr var”, - deyə qəzet qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR