İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda bir evdən 5 meyit çıxdı

1923 17.11.2019 00:49 Dünya A A

Ermənistanın “news.am” saytının yaydığı xəbərdə deyilir ki, Kotayk əyalətində baş verən faciəli hadisə nəticəsində bir qadın və dörd nəvəsi ölüb.

Qadın və dörd yetkinlik yaşına çatmayanlar şənbə günü günortadan sonra Nor Hachn qəsəbəsindəki bir mənzildə ölü olaraq tapılıb.

İlkin məlumatlara görə, 77 yaşlı Janna Simonyan və nəvələri – 16 yaşlı Eduard, 12 yaşlı Serine, 12 yaşlı 15 yaşlı Tiqran və 14 yaşlı Janna dəm qazından zəhərlənərək ölüblər. Meyitlərin ikisi hamamda, üçü isə yataq otağında aşkar edilib.

Ermənistan mətbuatı yazır ki, uşaqların valideynləri boşanıb və Ukraynada yaşayırlar. Uşaqlara isə nənə və dayı baxırmış.
Elbəyi Həsənli, Sürix
Musavat.com

https://news.am/eng/news/544882.html

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR