İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda bəzi müxalifət deputatlarının mandatı yaxın vaxtlarda LƏĞV OLUNUR

360 28.06.2022 16:52 Region A A

Ermənistan Milli Assambleyası yaxın vaxtlarda bəzi müxalifət deputatlarının mandatdan məhrum edilməsi məsələsini müzakirə edəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə iyunun 28-də Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, məsələ öncə hakim “Mülki Müqavilə” partiyasının parlamentdəki fraksiyasında müzakirə olunacaq.

“Müxalifət deputatlarının mandatdan məhrum edilib-edilməməsinə biz qərar verəcəyik. Qanun bizə bu imkanı verir. Bu məsələdə iki baxış var. Bəziləri hesab edir ki, müxalifət bu və ya digər şəkildə özünü mandatdan məhrum edib. Mən özüm başa düşə bilmirəm ki, bizim həmkarlarımız bu qədər yüksək tonda danışıdıqdan sonra zala necə qayıdacaqlar”, - deyə, A.Simonyan söyləyib.

Bununla belə, A.Simonyanın fikrincə, partiyada “müxalifəti nəhayət “bitirmək” və onların reytinqini tamamilə yox etməyin lazım olduğuna dair ikinci bir fikir var.

“İndi hər şey müzakirələrin nəticəsindən asılıdır. Əgər həmin deputatların səlahiyyətlərinin əlindən alınması barədə qərar qəbul edilərsə, o zaman ən azı 10 nəfər mandatını itirə bilər”, - deyə, o vurğulayıb.

Qeyd etmək lazımdır ki, əvvəlcə onların sayı 11 olub, lakin sonradan bir deputat özü mandatını təhvil verib. Söhbət müxalif siyasətçi, Milli Təhlükəsizlik Xidmətini keçmiş direktoru Artur Vanetsyandan gedir. Onun İrəvan merliyi uğrunda seçkilərə qatılacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR