İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Azərbaycana casusluqda təqsirli bilinən 18 yaşlı qız ittihamı rədd edib

4203 21.01.2016 02:10 Son xəbər A A
Ermənistanda guya Azərbaycanın xeyrinə casusluq barədə məlumatı gizlətməkdə təqsirli bilinən 18 yaşlı Diana Qoroyan bu ittihamı rədd edib. 

"Report"un xəbərinə görə, bu barədə "news.am"a qızın vəkili Liana Qasparyan məlumat verib. "Müdafiə etdiyim şəxsdə belə bir məlumat olmayıb və cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur", - deyə vəkil bildirib. Diana Qoroyana qarşı ittiham irəli sürülən zaman onun 17 yaşı var idi. Məhkəmənin iş üzrə birinci iclası yanvarın 25-də İrəvanda keçiriləcək. Prosesin qapalı keçiriləcəyi istisna edilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR