Ermənistan paytaxtında, hökumət binası qarşısında aksiya keçirən yarmarka ticarətçiləri ilə hökumət təmsilçilərinin baş nazir Karen Karapetyanla görüş tələbi nəticəsiz qalıb.
Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, baş nazirin vergi məsələlərinin koordinasiyası ilə məşğul olan köməkçisi Aykom Zöhrabyan 3 aksiya iştirakçısını qəbul edib. 1,5 saat davam edən görüşdən sonra mətbuata açıqlama verən iştirakçılardan biri deyib ki, onlara təkliflərini baş nazir Karapetyana təqdim etmək üçün 10-15 nəfərdən ibarət işçi qrupunun yaradılması təklif edilib. “Bizə dedilər ki, qanuni fəaliyyət göstərməliyik, vergiləri düzgün ödəməliyik, işçilərin qeydiyyatını təqdim etməliyik, nəzarət kassa aparatların çek vurmalıyıq. Mən soruşdum ticarət mərkəzinin qarşısında dayanan vergi müfəttişləri alıcılardan çek alıb-almadıqlarını soruşurlar ki, onlar da buradan gəliblər.
Ancaq hökumət nümayəndələri razılaşmadılar, dedilər ki, onları öz vəzifələrini yerinə yetirirlər”-deyə, aksiya iştirakçısı görüşdən narazılığını bildirib. Beləliklə, aksiya iştirakçıları işçi qrupunun yaradılması təklifi ilə razılaşmayıblar. “Biz tələblərimizə nail olmayana qədər buradan getməyəcəyik və işləməyəcəyik”- hökumət binası qarşısındakı aksiyada bəyan olunub. Həmçinin xəbərdarlıq edilib ki, eyni məkanda növbəti etiraz aksiyası 25 apreldə keçiriləcək.
Musavat.com






