İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XİN rəhbəri Qarabağ separatçısı ilə görüşdü - foto

591 20.09.2019 23:30 Son xəbər A A

Sentyabrın 20-də Dağlıq Qarabağdakı qondarma qurumun oyuncaq “xarici işlər naziri” Masis Mailyan İrəvana gedib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Mailyan Ermənistan XİN rəhbəri Zöhrab Znatsakanyanla görüşüb. Görüşün keçirilməsinin səbəblərindən bəhs edən erməni mətbuatı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 23 sentyabrda ABŞ-ın Nyu-York şəhərində bir araya gələcəklərinə diqqət çəkib.

Ehtimal budur ki, Qarabağ separatçısı ilə Ermənistan XİN başçısı ABŞ görüşü ərəfəsində Qarabağ konfliktinin həll yollarını müzakirə ediblər. Bir daha iddia olunub ki, həll prosesində Xankəndinin iştirakı vacibdir. Bu kimi məsləhətləşmələrin davamlə şəkildə keçirilməsinin “əhəmiyyətindən” də bəhs olunub.

Göründüyü kimi, İrəvan ən müxtəlif yollarla Qarabağ separatçılarının “əhəmiyyətini” artırmağa və onları masa arxasına daşımağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR