İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XİN-dən sülhməramlı AÇIQLAMASI: "Onların hərəkəti üçtərəfli bəyanata ziddir”

1976 13.04.2022 17:30 Region A A

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin hərbçilərinin Ermənistan Milli Assambleyasının bir qrup deputatını sözügedən ərazilərə buraxmamasından narahatlıq ifadə edib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in bəyanatında bildirilib.

“Sözügedən hərəkət 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata ziddir. Noyabrın 9-da qəbul edilən üçtərəfli bəyanatda Qarabağın Laçın dəhlizi ilə Ermənistanla fasiləsiz əlaqəsi nəzərdə tutulur. Bəyanatın bütün tərəfləri onun hərflərinə və ruhuna ciddi əməl etməli, həmçinin öhdəliklərini yerinə yetirməlidirlər”, - Ermənistan XİN-in bəyanatında deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR